İcra başçısı balacaları ziyarət edib

0
183

Əlamətdar tarixi təqvimlər ərəfəsində Mingəçevir Uşaq Nevroloji Sanatoriyasının balaca sakinlərini hər kəs ziyarət edir desək səhv etmərik. Bu gün  Mingəçevir  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da sanatoriyanın balaca sakinlərini ziyarət edib. Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə  sanatoriyanı ziyarət etməsi unudulmaz anları ilə yadda qalıb. 

Qeyd edək ki, ziyarət zamanı başçı balacalara öz salamlarını çatdırıb onlara can sağlığı arzulayıb. Eyni zamanda Mingəçevir şəhər Xəstəxanasının baş həkimi Eldar Kərimov da balacalara öz ürək sözlərini çatdırıb, onları təbrik edib.  Şux mahnılar və rəqslər ifa olunub.  Uşaqlar üçün ən unudulmaz məqamlardan biri isə heç şübhəsiz yeni ilin rəmzləri olan Şaxta baba və Qar qızın onların bayramına qatılması olub. Saatlar ərzində uşaqlar unudulmaz təəssüratların ağuşunda bayram ediblər. İcra  nümayəndə heyəti  bayram münasibətilə uşaqları və ümumən sanatoriyanın bütün kollektivini  təbrik edərək ən xoş arzularını çatdırıblar.

Esmira Hidayəova, Mingəçevir