İcra başçısı onlara evlərində baş çəkdi

0
189

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Böyük Vətən Müharibəsi veteranını, birinci qrup Qarabağ əlili və tənha qocaları ziyarət edib.

Başçı əvvəlcə Böyük Vətən Müharibəsi veteranı 99 yaşlı Baba Əliyevə baş çəkib. Başçı veteranla görüşdə onun 100 illiyini şəhər səviyyəsində qeyd olunacağını bildirib. O, veteranı narahat edən problemlərin də həll olunması üçün  tapşırıqlar verib. Birinci qrup Qarabağ əlili İlham Həmidovun evində də icra başçısı  onu narahat edən məsələlərin tezliklə həllini tapacağını dilə gətirib.

Tənha qocalar da bu ziyarətdən məmnun olduqlarını bildiriblər.

Qeyd edək ki, ziyarət olunanların hər birinə ərzaq bağlamaları verilib.

Esmira Hidayətova, Mingəçevir