Mingəçevirdə ”Günərzi qayğı və icma əsaslı rebilitasiya mərkəzi” balacaları sevindirib

0
191

Mingəçevirdə Əlil Qadınlar Cəmiyyəti İB nəzdində fəaliyyət göstərən ”Günərzi qayğı və icma əsaslı rebilitasiya mərkəzi”  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə tədbir keçirib.

Təbbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul işçisi Bəxtiyar Mustafayev və Mingəçevir Şəhər Dövlət Sosila Müdafiə fondunun aparıcı məsləhətçisi Rza İsmayılov da iştirak ediblər. Əvvəlcə tədbirin aparıcısı bayram münasibəti ilə hamını təbrik edib, onlara yeni ildə uğurlar arzulayıb. Şənlikdə iştirak edən günərzi qayğı mərkəzinin balaca fidanları öz bacarıqlarını nümayış etdiriblər. Onlar nağıllardan kiçik  səhnəciklər, şeirlər, mahnılar, rəqslər  nümayiş etdirərək əyləniblər. Tədbirə qatılan Bəxtiyar Mustafayev və Rza İsmayılov çıxış edərək gül balaları təbrik edib onlara hədiyyələr təqdim ediblər. Bayram şənliyi müsiqi nömrələri ilə davam edib.

Esmira Hidayətova, Mingəçevir