Qubada bayram yarmarkası açılıb

0
115

Quba şəhərində bayram yarmarkası açılıb. Yeni il bayramı ərəfəsində Quba sakinlərinə bir sıra ərzaq və kənd təsərrüfatı mallarını daha ucuz qiymətə almaq imkanı yaradılıb.

Quba meydanında açılan yarmarkaya müxtəlif çeşiddə 10 tondan çox məhsul çıxarılıb. Ərzaq və kənd təsərrüfatı malları sakinlərə bazardakı qiymətdən 15-20 faiz ucuz təklif olunur.

İstehsal etdikləri məhsulları sərfəli qiymətə maneəsiz satan fermerlər yarmarkanın təşkilindən razılıqlarını bildiriblər.