Putin Qızıl meydanda xokkey oynayıb

0
44

Rusiya Prezidenti Vladimir Putin Moskvadakı Qızıl meydanda yerləşən buz meydançasında xokkey oynayıb.

Gecə Xokkey Liqası çərçivəsində keçirilən matçda Putinin komandası rəqibinə 8:5 hesabı ilə qalib gəlib.

Qalib komandanın heyətində qollardan yarıdan çoxunu dövlət başçısı rəqib qapısından keçirib. Vladimir Putinin komandasında, həmçinin Müdafiə naziri Sergey Şoyqu, Rusiya xokkeyinin əfsanələri Pavel Bure, Valeri Kamenski, Sergey Fyodorov, Aleksey Kasatonov və başqaları forma geyiniblər.

Rəqib komandanın heyətində isə Tula qubernatoru Aleksey Dyumin, biznesmenlər Qennadiy Timçenko, Vladimir Potanin və Roman Rutenberq, həmçinin musiqiçi İqor Butman yer alıblar. azərtac