Mingəçevirdə “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində tədbir keçirilib

0
154

   

Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən, Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Mingəçevir şəhərində icma əsaslı sosial resabilitasiya mərkəzinin fəaliyyətinin təşkili”nə start verilib. Fəaliyyət 2 ay müddətində nəzərdə tutulmuşdur. Təşəbbüsün əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlarla digər qəbildən olan uşaqların birgə inteqrasiyasından, icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkilindən, sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətin göstərilməsinə könüllülərin cəlb edilməsindən, onların sosial iş sahəsində bilik və bacarıqlarının artırılmasından, sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin maarifləndirilməsindən ibarətdir. Fəaliyyət çərçivəsində müxtəlif maarifləndirici və əyləncəli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Fəaliyyətin ilk tədbiri dekabrın 25-də baş tutub . Tədbirin əsas mövzusu sağlamlıq imkanları məhdud uşaqların rəsm bacarıqlarının və əl işlərinin inkişafından ibarət olub. Tədbirdə maraqlı rəsmlər, əl işləri nümayiş etdirilib, disskusiyalar aparılıb, əyləncəli anlar yaşanıb.

Esmira Hidayətova