Cənubi Qafqazda tikilmiş ilk magistral qaz kəmərinin 60 yaşı tamam olur

0
35

Gürcüstanın təbii qaz, elektrik enerjisi və neft məhsulları ilə təmin olunmasında Azərbaycan mühüm rol oynayıb.

Bu il Azərbaycan təbii qazının Gürcüstana ilk dəfə nəql olunmasının 60 ili tamam olur.

Azərbaycandan Gürcüstana təbii qaz ilk dəfə 1959-cu ildə Qaradağ-Tbilisi kəməri ilə çatdırılıb.

Qaradağ-Tbilisi kəməri həm də, Cənubi Qafqazda tikilmiş ilk magistral qaz kəməridir.

Uzunluğu 506 kilometr olan boru kəmərinin diametri 500 millimetr olub. Məhz 1959-cu ilin dekabr ayında paytaxt Tbilisinin Samqori rayonu ərazisindəki Navtluq qazpaylayıcı stansiyasında ilk məşəl alovlandırılıb.

Qeyd edək ki, həmin tarixi hadisədən 60 il keçdikdən sonra, Azərbaycan yenə də Gürcüstanın əsas təbii qaz təminatçısı olaraq qalır.

Bir faktı qeyd edək ki, 2019-cu ildə Gürcüstanın daxili tələbatını ödəmək üçün təxminən 2,6 milyard kubmetr təbii qaz alınacaq. Bu həcmin 95 faizi Azərbaycanın payına düşür. Bununla da deyə bilərik ki, Azərbaycan ölkəmizin əsas təbii qaz tədarükçüsü olaraq qalır.

Gürcüstanın Rusiyadan aldığı təbii qaza gəldikdə isə deyə bilərik bu çox cüzi miqdardır.

Gürcüstan bu ilin sonuna qədər Rusiyanın “Qazprom” şirkətindən 160 milyon kubmetr təbii qaz alacaq. Bu da ümumi istehlakın təxminən 5 faizini təşkil edir.

Bu gün Azərbaycan həm də, Gürcüstanın iqtisadiyyatının inkişafında mühüm rol oynayır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və şəxsi səyləri nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji layihələri belə deməyə imkan verir.

Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, TANAP, TAP kimi layihələrin reallaşdırılması deyilənlərin əyani sübutudur.

Dekabrın əvvəllərində Türkiyədə Cənub Qaz Dəhlizinin ən önəmli komponentlərindən birini – TANAP layihəsinin açılış mərasimi oldu.

TANAP boru kəməri ildə 16 milyard kubmetr təbii qazın ötürülməsi nəzərdə tutulub. Gələcəkdə bu həcmin artırılması da planlaşdırılır.

Qeyd olunan layihə ilə, təbii qazın nəqlinə başlanıldıqdan sonra Gürcüstan illik olaraq 1,1 milyard kubmetrdən çox qaz əldə edəcək.azərtac