15 il ərzində bu qədər Olimpiya Kompleksi bir dənə idmançı, məşqçi yetişdirə bilibmi?

0
121

“Çox təəssüf ki, Azərbaycanda milyonlar hesabına başa gəlmiş Olimpiya Kompleksləri imkanlı adamların üzgüçülük hovuzlarına və mehmanxanalara çevrilib”. Bu fikirləri Milli Məclisin deputatı Aqil Abbas İdman Araşdırmalar Mərkəzinin (İAM) “İlin qalibləri-2019” layihəsi çərçivəsində “7 Qalib” adlı mükafatlandırma mərasimində deyib. “Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov buradadır. Çox təəssüf ki, Azərbaycanda milyonlar hesabına başa gəlmiş Olimpiya Kompleksləri imkanlı adamların üzgüçülük hovuzlarına və mehmanxanalara çevrilib. Onlar ayrı-ayrı təşkilatlarındır. Hamısını Gənclər və İdman Nazirliyinin balansına vermək lazımdır. Deyin görək 15 il ərzində bu qədər Olimpiya Kompleksi bir dənə idmançı, məşqçi yetişdirə bilibmi? Kənardan gətirilib milliləşdirilənləri nəzərdə tutmuram. Möhtərəm Prezident idmana bu qədər sərmayə qoyur, bunlar nə edir? Təklif edirəm ki, dövlər icra başçılarından pambıq planı istədiyi kimi idmançı planı da istəsin. O zaman idmançı yetişəcək”. – deputat vurğulayıb.(Sportnet.az)