“Ulduzlar pilləkan olsaydı”

0
249

Mingəçevir 3 saylı beynəlmiləl tam orta məktəbin təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində Leyla Əliyevanın “Ulduzlar pilləkan olsaydı” poeziya gecəsi keçirilib.

Məktəbli şagirdləri Leyla Əlyevanın şeirlərini söyləyiblər. Şagirdlər müəllifin ən böyük uğuru və qələbəsi, yaşadığı mühitdə baş verən hissi-psixoloji hadisələri – ağrıları və nisgili, sevgini və kədəri, sevinci və göz yaşlarını yaşandığı anın, məqamın sehrində və ovqatında səmimi bir şəkildə poeziyaya çevirərək izləyicilərə çatdıra biliblər.  Şeirlərdə  ən başlıcası, sevinc, fərəh, heyrət, dünyanın adi gözlə görünməyən, ancaq bəsirət gözü ilə proyeksiyalanan İlahi gözəlliklərinə vurğunluq da, qüssə də, kədər də, tənhalıq və səmavilik də şəfqət dolu poetik lövhələrdən ibarətdir. Şagirdlər eyni zamanda rəsmlər çəkib, manılar da ifa ediblər. Vidyo-çarx vasitəsi ilə Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib. Tədbirdə məktəbin direktoru Gültəkin Quliyeva da iştirak edib.

Esmira Hidayətova, Mingəçevir