Mingəçevirdə Səyavuş Heydərov vətəndaşları qəbul edib

0
249

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.

Vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq, bu gun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Mingəçevir şəhərində vətəndaşları qəbul edib.

 Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, ulu öndərin əziz xatirəsi ehtiramla anılıb.

 Qəbulda əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciətlərə baxılıb. Qəbul zamanı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verilib, müraciətlərin bir qismi isə yerindəcə həll olunub.

Qəbullarda iştirak edən vətəndaşlar müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək, göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Esmira Hidayətova, Mingəçevir