Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb

0
68

Dekabrın 16-da UEFA-nın İsveçrədəki mənzil-qərargahında Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkün nəticələrinə əsasən, səkkizdəbir finalda komandalar aşağıdakı kimi qarşılaşacaqlar:

“Borussiya Dortmund” (Almaniya) – “Paris Sen-Jermen” (Fransa);

“Real Madrid” (İspaniya) – “Mançester Siti” (İngiltərə);

“Atalanta” (İtaliya) – “Valensiya” (İspaniya);

“Atletiko Madrid” (İspaniya) – “Liverpul” (İngiltərə);

“Çelsi” (İngiltərə) – “Bavariya” (Almaniya);

“Lion” (Fransa) – “Yuventus” (İtaliya);

“Tottenhem” (İngiltərə) – “Leyptsiq” (Almaniya);

“Napoli” (İtaliya) – “Barselona” (İspaniya);