“Qarabağ” qrup mərhələsini üçüncü yerdə başa vurub

0
62

Dünən UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin altıncı turu çərçivəsində “Qarabağ” – “Düdelanj” oyunu keçirilib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Beləliklə, “Qarabağ” qrup mərhələsini 5 xalla üçüncü yerdə başa vurub.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

“Bizim üçün o qədər də yaxşı olmayan nəticə qeydə alındı. Ancaq hamımız bir yerdə olduq. Bütün azarkeşlərə təşəkkür edirəm. Maraqlı oyun oldu. Meydanda hər şeyi gördük. Həm qol oldu, həm qırmızı vərəqə. Futbolçulara təşəkkür edirəm ki, sona kimi nəticəni dəyişmək üçün mübarizə apardılar. Şükürlər olsun, matçı ən azından bərabərliklə bitirə bildik”.

Qeyd edək ki, A qrupun digər oyununda Kiprin APOEL klubu öz meydanında İspaniyanın “Sevilya” komandasını 1:0 hesabı ilə məğlub edib.

Qrupda 15 xal toplayan “Sevilya” və 10 xalı olan APOEL turnirin pley-off mərhələsinə yüksəliblər. “Düdelanj” isə 4 xalla sonuncu – 4 yerdə qərarlaşıb.