Mingəçevirdə Ulu Öndərin xatirəsi anılıb

0
249

Dekabrın 12-i xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümüdür. Bu gün Mingəçevirdə də ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib. Anım günü ilə əlaqədar  Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafizə orqanları,  ictimaiyyət nümayəndələri, idarə və təşkilatların kollektivləri, tələbələr, şəhər sakinləri ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzin önündə  ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar.

Daha sonra  Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyəini əks etdirən foosərgi ilə tanış olub, Onun haqqında filmi izləyiblər.

Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə verilən ehsan süfrəsindən öncə Ulu Öndərin ruhuna dualar oxunub və Allahdan rəhmət dilənib.

Esmira Hidayətova, Mingəçevir.