“Ümummilli Lidersən! Daim dillər əzbərisən!”

0
358

 

 Ulu Öndər Heydər Əliyev cismən aramızda olmasa da, Onun bizlərə qoyduğu əbədiyaşar ideyaları yaşayır və yaşadılır. Belə ki, Heydər Əliyev dühası hər bir inkişaf və tərəqqi faktorunda öz əbədi varlığını isbatlamaqdadır. Bu gün öz Vətənini, xalqını, dövlətini sevən hər bir Azərbaycan vətəndaşının qəlbinin guşəsində Heydər Əliyev abidəsi ucaldılıb və nə qədər Azərbaycan xalqı, Azərbaycan dövləti varsa, Heydər Əliyev də yaşayacaq.Bu fikirlər  bu gün  Bərdə Regional Mədəniyyət İdarəsi, Mingəçevir mədəniyyət nümayəndəliyi, Gənc Mədəniyyət İşçilərinin  Kreativ qrupunun təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Müstəqil Azərbaycan! Candan əziz söylərsən,
Ümummilli Lidersən! Daim dillər əzbərisən!” mövzusunda  keçirilən anım günü ilə bağlı  ədəbi –bədii kompozisiyada səslənib.

 

Mingəçevir Uşaq Gənclər İnkişaf Mərkəzinin  və 3 saylı məktəbin  şagirdləri şeirlər söyləyib, Ulu Öndər haqqında filimə baxıblar. 

Qeyd edək ki, ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir.  Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Bu gün də yeni nəsil  ulu Öndərin xatirəsini həmişə əziz tutur.

 Esmira Hidayətova, Mingəçevir