“İş Qatarı”na qoşulanlardan 15 nəfəri iş tapıb

0
159

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ)

sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ)

həyata keçirdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və

Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsi Mingəçevir

şəhərində “İş Qatarı” adlı 5 aylıq tədrisproqramının 2-ci sessiyasının açılış mərasimi keçirilib.  Qeyd edək ki, “İş Qatarı” tədris proqramı 2018-ci il dekabrından etibarən fəaliyyət göstərir. Artıq bir tədris sessiyası başa çatmış və proqramda iştirak etmiş 25 nəfərdən 15-i iş tapmışdır.

Açılış tədbirində layihənin eksperti Jalə Ələkbərova, Action Against Hunger (AAH) təşkilatının Gürcüstandan olan əməkdaşı Leila Maisuradze, Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir nümayəndəliyinin rəhbəri Nəbiyev Rauf, Mİngəçevir “Asan Peşə” məktəbinin direktoru  İlham İlyasov, Mingəçevir “Gənclər Evi”nin direktor müavini Rüfət Qazıyev  və “İş Qatarı” proqramının əvvəlki iştirakçıları çıxış ediblər.

Açılış tədbirində çıxış edənlər proqramın əhəmiyyətini qeyd edib, yeni iştirakçılara uğurlar arzulayıblar.

Esmira Hidayətova, Mingəçevir