Mingəçevirdə 10 000 ağac əkildi

0
136

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkilir. Bu təşəbbüsə mingəçevirlilər də qoşularaq  şəhərin müxtəlif ərazilərində 10 min ağac əkiblərlər.

 Böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bayram əhval-ruhiyyəsində təşkil olunan bu genişmiqyaslı kampaniyaya Mingəçevirin  ictimaiyyət nümayəndələri, həmçinin şəhər rəhbərliyi, hüquq mühafizə oqranları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və gənclər qoşulublar.  Qeyd edək ki, yaşıllıqların artırılması sayəsində ölkəmiz daha da abadlaşır, gözəlləşir. Eyni zamanda bu, ekoloji təmizliyə töhfə verilir.

Esmira Hidayətova, Mingəçevir