Mingəçevirdə Əlillər günü qeyd edilib

0
163

 Mingəçevirdə Əlil Qadınlar Cəmiyyəti İB nəzdində fəaliyyət göstərən ”Günərzi qayğı və icma əsaslı rebilitasiya mərkəzi” 3 dekabr – Əlillər günü münasibəti ilə tədbir keçirib. Mingəçevir Əlil Qadınlar Cəmiyyətinin Mingəçevir şəhər şöbəsinin  sədri, birininci qrup əlil Adilə Cəlilova  bildirib ki, mərkəzdə çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi və dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədilə onlara günərzi reabilitasiya yönümlü sosial xidmətlər göstərilir: ”Uşağını təkbaşına böyüdən, habelə aztəminatlı (sosial yardım təyin edilmiş) ailələrin uşaqları mərkəzə cəlb edilib. Hazırda burada 30-dək uşağın yarımstasionar şəraitdə təlim-tərbiyəsi, qidalanmaları, eləcə də müxtəlif dərnəklər vasitəsilə bacarıqlarının inkişaf etdirilməsi üçün işlər aparılır. Onların asudə vaxtının maraqlı keçməsi üçün mütəmadi olaraq ekskursiyalar, müxtəlif gəzintilər də təşkil edilir. Burada pedaqoqlar, tərbiyəçilər, sosial işçilər, psixoloqlar, musiqi müəllimi, aşbaz və digər işçilər də fəaliyyət göstərirlər”.

Qeyd edək ki, Əlillər günü münasibəi ilə mərkəzə Mingəçevirdə fəaliyyət göstərən mağazalar  tərəfindən yardımlar olunub. 20 əlil qadına və 40 əlil uşağa ərzaq bağlamaları və geyim əşyaları təqdim olunub.

Mərkəzin sədr müavini,  ikinci qrup əlil Vüsalə Qurbanova da onlara dəstək olan insanlara təşəkkürünü bildirib.

Esmira Hidayətova, Mingəçevir