Məktəblilər 100 ədəd ağac əkdilər

0
93

 Mingəçevir şəhid R.Mirabov adına 7 saylı  tam orta məktəb dahi şairimiz İ.Nəsiminin 650 illik yubileyi münasibəti ilə məktəbdə ağacəkmə aksiyası keçirib. Məktəbin  direktoru Anar İsmayılovun rəhbərliyi ilə müəllim və şagird kollektivi  məktəbin həyətyanı sahəsində  100 ədəd ağac əkiblər. Bildirilib ki, hər bir əkilən ağaca vaxtaşırı qulluq olacaq, ətrafları təmizlənəcək.

Məkəbin direktoru onu da qeyd edib ki, hər il məktəbin şagird-müəllim kollektivi ilə məkəbin həyətində müxtəlif ağaclar əkilir və onlara qulluq olunur.

Esmira Hidayətova, Mingəçevir