Təcrübə keçən könüllülərə sertifikatlar verildi

0
131

Mingəçevir şəhər  İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  könüllülük fəaliyyətini bitirmiş gənclərə sertifikatlar təqdim edib. 

Başçı təqdimetmə mərasimində  çıxış edərək ölkəmizdə könüllülük hərəkatının inkişafından söz açıb. Ölkə Prezidenti  İlham Əliyevin Könüllülük hərəkatına göstərdiyi diqqətdən danışıbı və könüllülərə qazandıqları  təcrübənin iş həyatlarında uğurla tədbiq etmələrini arzulayıb.

 Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini,  İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.

 Sonra  könüllülərə sertifikatlar təqdim olunub, xatirə şəkilləri çəkdirilib..

Esmira Hidayətova, Mingəçevir