“Duyğu yarpaqları” təqdim olundu

0
109

 Yazıçı-publisist, ”Qızıl qələm”müküafatı laureatı, “Mingəçevir”qəzetinin baş redaktoru Mirsədi Daşdəmirovun “Duyğy yarpaqları” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimini açıq elan edən Zahid Qasımlı bildirib  ki, uzun illərdən bəri qəzet-jurnallarda, almanaxlarda dərc edilən yazıları və nəşr olunan kitabları ilə ədəbi ictimayyət arasında istedadlı yazıçı –publisist  kimi tanınan Mirsədi Daşdəmirovun diqqətinizə  təqdim edilən kitabında son illərdə qələmə aldığı nəsr əsərləri və publisistik yazıları yer alıb.  Qeyd olunub ki, onun bir sıra yazılarında satira və yumor hissi, bəzilərində isə lirik duyğular özünü qabarıq şəkildə göstərməklə, bütövlükdə isə oxuculara nəcib hisslər aşılamaqdadır.

Yazarın kitab təqdimatının işığına toplaşan qələm dostları, jurnalistlər, həkimlər, müəllimlər çıxış edərək yazıçının əsərlərinin nəşrini ədəbiyyatımıza böyük töhvə kimi dəyərləndiriblər.

Tədbirin sonunda Mirsədi Daşdəmirov xoş sözlərə görə tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Mirsədi Daşdəmirov “35 il və ilmələnən ömürlər”, ”El ağsaqqalı”, ”Onlar bizim fəxrimizdir” və “Sən kimsən, cənab polkovnik?” adlı kitabların müəllifidir.

Esmira Hidayətova, Mingəçevir