YAP-çı deputatlara Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış etmək tövsiyə olunub

0
34

YAP-ın Siyasi Şurasının iclasında deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunub

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunub.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında çıxış edən baş nazirin müavini Əli Əhmədov deyib.

O, deyib ki, Prezidentin həyata keçirdiyi islahatları ciddi müzakirə olunur:

“İnsanlar bu islahatlarıın nəticəsini görür. Bu islahatların həyata keçirilməsinə YAP öz töhfələrin verir və bundan sonra da vercək. Bu islahatların məqsədi Azərbaycanın daha da inkişaf etdirilməsi, insanların rifahının daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.

2019-cu il islahatların daha dinamik aparıldığı il hesab etmək olar. 2019-cu ildə hamının məmmunluöuna səbəb olan sosial paket həyata keçirilib. Digər tərəfdən kadr islahatları paarılıb və insanların məmmunluğğu ilə qarşılanıb. Prezident tərəfindən həyata keçirilən islahatlar sistemli geniş əhatəli xarakter alıb.

Azərbaycanda istər stuktur sahəsndə, istər kadr sahəində islahatlar həyata keçirilir və bu xətt bundan sonra da davam edəcək. Yeni Azərbaycan Partiyasının üzvləri bu ənaətə gəlib ki, islahatlar qanunvericilik sahəsindən kənarda qalmamalıdır. Bu gün YAP-ın Siyasi Şurasında üzvlər islahatların qanunvericilik sahəsinə də gətirilməsinin məqsədə uyğun hesab ediblər. Siyasi Şuranın bütün üzvləri vahid mövqeyə gəliblər və parlamentin də islahatlara cəlb edilməsi həyata keçirilən islahatlara uğur gətirə bilər”.

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunub.