Çempionlar Liqasının qrup mərhələsinin beşinci turuna start verilir

0
26

Bu gün UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin beşinci turuna start veriləcək.

Turun birinci oyun günündə A, B, C və D qruplarında yer alan komandalar üz-üzə gələcəklər. Gün ərzində oynanılacaq görüşlər aşağıdakılardır:

A qrupu:

“Qalatasaray” – “Brügge” (Belçika);

“Real Madrid” (İspaniya) – “Paris Sen-Jermen” (Fransa).

Qrupdakı vəziyyət: “Paris Sen-Jermen” – 12, “Real Madrid” – 7, “Brügge” – 2, “Qalatasaray” – 1.

B qrupu:

“Srvena Zvezda” (Serbiya) – “Bavariya” (Almaniya);

“Tottenhem” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan).

Qrupdakı vəziyyət: “Bavariya” – 12, “Tottenhem” – 7, “Srvena Zvezda” – 3, “Olimpiakos” – 1.

C qrupu:

“Atalanta” (İtaliya) – “Dinamo Zaqreb” (Xorvatiya);

“Mançester Siti” (İngiltərə) – “Şaxtyor” (Donetsk, Ukrayna).

Qrupdakı vəziyyət: “Mançester Siti” – 10, “Şaxtyor” – 5, “Dinamo Zaqreb” – 5, “Atalanta” – 1.

D qrupu:

“Lokomotiv” (Moskva, Rusiya) – “Bayer Leverkuzen” (Almaniya);

“Yuventus” (İtaliya) – “Atletiko Madrid” (İspaniya).

Qrupdakı vəziyyət: “Yuventus” – 10, “Atletiko Madrid” – 7, “Lokomotiv” – 3, “Bayer” – 3.