“Neftçi” “Qəbələ”ni, “Zirə” “Keşlə”ni məğlub edib

0
37

Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vurulub. Turun son matçında “Neftçi” “Qəbələ”ni 4-1 məğlub edib. Paytaxt təmsilçisinin qollarını Soni Mustivar, Ömər Buludov, Stiven-Jozef Monroz və E.Patellas vurub.”Qəbələ”nin qolu isə Donald Geryedən (avtoqol) gəlib.

Zirə İdman Kompleksinin stadionunda isə eyniadlı komanda “Keşlə”ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1. Hesabı 6-cı dəqiqədə İlkin Muradova qarşı kobudluqdan sonra penalti ilə Xulio Sezar Rodriges açıb. Bundan 5 dəqiqə sonra paraqvaylı hücumçu cərimə zərbəsini dəqiq yerinə yetirib. Matçın 35-ci dəqiqəsində isə kapitan Cavid Hüseynov kombinasiyalı hücumu dəqiq zərbə ilə tamamlayıb. “Keşlə” təsəlli qolunu ilk yarının 5-ci uzatma dəqiqəsində vurub.

Qeyd edək ki, turun ilk 2 oyununda “Sumqayıt” evdə “Qarabağ”ı 2:1, “Sabah” səfərdə “Səbail”i 3:1 hesabı ilə yenib.

NKlublarOQHMT-FX
1Qarabağ1283121-527
2Neftçi1263320-1121
3Keşlə1254314-919
4Sumqayıt1252516-1717
5Zirə1235414-1814
6Sabah1234514-1513
7Səbail123279-2011
8Qəbələ1223710-239