“Barselona” da, “Real Madrid” də qələbə qazanıb

0
26

Noyabrın 23-də futbol üzrə İspaniya La Liqasının 13-cü turuna start verilib.

Turun açılış görüşündə sonuncu çempion “Barselona” səfərdə “Leqanes” komandasının qonağı olub. Görüş Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Real Madrid” isə öz meydanında cari mövsüm inamlı oyunu ilə diqqət çəkən “Real Sosyedad”ı qəbul edib. Qarşılaşma 3:1 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.

Bu qələbədən sonra hər iki əzəli rəqib 28 xalla birinci və ikinci yerləri bölüşürlər. Komandalar dekabrın 18-də cari mövsümdə birinci “El Klassiko”da üz-üzə gələcəklər.

Turun ilk oyun günündə “Levante” öz meydanında “Malyorka”nı 2:1, “Real Betis” isə “Valensiya”nı eyni hesabla məğlub edib. “Qranada” – “Atletiko Madrid” oyununda isə heç-heçə qeydə alınıb – 1:1.

Turun digər görüşləri noyabrın 24-də və 25-də oynanılacaq.