“Xalq” və “Əməkdar” adı alanların sayı açıqlanıb

0
33

Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 2 min 976 nəfər “Əməkdar” Fəxri adına, 257 nəfər isə “Xalq” Fəxri adına görə təqaüd alır.
Rəsmi məlumatlara görə, son bir il ərzində “Əməkdar” Fəxri adı alanların sayı 150, “Xalq” Fəxri adı alanların sayı isə 40 nəfər artıb. Belə ki, ötən ilin oktyabr ayının əvvəlində Azərbaycanda 2 min 826 nəfər “Əməkdar” Fəxri adına, 217 nəfər isə “Xalq” Fəxri adına görə təqaüd alıb.
Bunlardan başqa, “Xalq” Fəxri adına görə verilən təqaüdün orta məbləği 150 manat, “Əməkdar” Fəxri adına görə verilən təqaüdün orta məbləği isə 100 manat olub və son bir ildə bu təqaüdlərin məbləğində heç bir dəyişiklik olmayıb.