D, F və J qruplarında X turun oyunları keçirilib.
D qrupunda final mərhələsinə hər iki vəsiqənin sahibi son turda bəlli olub. Autsayder Cəbəllütariqə böyük hesabla qalıb gələn İsveçrə 1-ci yerlə AVRO-2020-yə yüksəlib. İrlandiya ilə səfər matçında 1 xal qazanan Danimarka 1-ci yeri əldən versə də, final mərhələsinə vəsiqəni rəsmiləşdirib.
Digər qrupların matçları formal xarakter daşıyıb. F qrupunun qalibi İspaniya Rumıniyanı darmadağın edib. İsveç isə Farer adalarını böyük hesabla məğlubiyyətə uğradıb. Norveç isə maltalıları üstələyərək 3-cü sıraya qalxıb.
Ardıcıl 10-cu qələbə ilə seçmə mərhələdə 100 faizlik nəticəyə imza atan İtaliya son turda Ermənistanı darmadağın edib. On qolun vurulduğu matçda meydan sahibləri 9:1 hesabına seviniblər. Finlandiya isə Yunanıstan səfərində məğlubiyyət acısı yaşayıb. Bosniya və Herseqovina Lixtenşteynə böyük hesabla qalib gəlib.
Qeyd edək ki, Danimarka və İsveçrəyə qədər oyunları 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək final mərhələsinə 17 komanda – Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Fransa, İngiltərə, Çexiya, Finlandiya, İsveç, Almaniya, Niderland, Xorvatiya, Avstriya və Portuqaliya vəsiqə qazanıb.
AVRO-2020-nin seçmə mərhələsi
X tur
18 noyabr
D qrupu
23:45. İrlandiya – Danimarka – 1:1
Doherti, 85 – Braytveyt, 73
23:45. Cəbəllütariq – İsveçrə – 1:6
Stix, 74 – İtten, 10, 84, Varqas, 50, Fazenaxt, 57, Benito, 75, Caka, 86
1 | İsveçrə | 8 | 5 | 2 | 1 | 19-6 | 17 |
2 | Danimarka | 8 | 4 | 4 | 0 | 23-6 | 16 |
3 | İrlandiya | 8 | 3 | 4 | 1 | 7-5 | 13 |
4 | Gürcüstan | 8 | 2 | 2 | 4 | 7-11 | 8 |
5 | Cəbəllütariq | 8 | 0 | 0 | 8 | 3-30 | 0 |
F qrupu
23:45. İsveç – Farer adaları – 3:0
Andersson, 29, Svanberq, 72, Quidetti, 80
23:45. İspaniya – Rumıniya – 4:0
Fabian, 8, Moreno, 33, Morata, 43, Rus, 45 (avtoqol)
23:45. Malta – Norveç – 1:2
Feneç, 40 – Kinq, 7, 67 (pen.)
1 | İspaniya | 10 | 8 | 2 | 0 | 30-5 | 26 |
2 | İsveç | 10 | 6 | 3 | 1 | 23-9 | 21 |
3 | Norveç | 10 | 4 | 5 | 1 | 19-11 | 17 |
4 | Rumıniya | 10 | 4 | 2 | 4 | 17-14 | 14 |
5 | Malta | 10 | 1 | 0 | 9 | 3-27 | 3 |
6 | Farer a. | 10 | 1 | 0 | 9 | 4-30 | 3 |
J qrupu
23:45. Lixtenşteyn – Bosniya və Herseqovina – 0:3
Çiviç, 57, Hodziç, 64, 72
23:45. İtaliya – Ermənistan – 9:1
İmmobile, 8, 33, Zaniolo, 9, 64, Barella, 29, Romanyoli, 72, Jorjinyo, 74 (pen.), Orsolini, 78, Kyeza, 81 – Babayan, 79
23:45. Yunanıstan – Finlandiya – 2:1
Mantalos, 47, Qalanapoulos, 70 – Pukki, 27
1 | İtaliya | 10 | 10 | 0 | 0 | 37-4 | 30 |
2 | Finlandiya | 10 | 6 | 0 | 4 | 16-10 | 18 |
3 | Yunanıstan | 10 | 4 | 2 | 4 | 12-14 | 14 |
4 | Bosniya H. | 10 | 4 | 1 | 5 | 20-17 | 13 |
5 | Ermənistan | 10 | 3 | 1 | 6 | 14-25 | 10 |
6 | Lixtenşteyn | 10 | 0 | 2 | 8 | 2-31 | 2 |
APA