Şəki məktəbliləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

0
263

Şəki Hazırlıq Mərkəzinin  riyaziyyat – informatika müəllimi Qurban Fəttahov   öz şagirdləri ilə birgə Mingəçevir Heydər Əliyev Mərkəzini ziyartə ediblər. Ziyarətçilər Mərkəzdə Ulu Öndərin keçdiyi şərəfli həyat yolunu, Azərbaycana rəhbərliyinin hər iki dövrünü əks etdirən fotoşəkillərlə, böyük şəxsiyyət haqqında yazılmış kitablarla, qəzet, jurnal və rəsmi sənədlərlə tanış olublar. Onlara ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar, həmçinin Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib. Şagirdlər  müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adını daşıyan Mərkəzdə bir günün  keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını bildiriblər.