“Google”dan tibb dünyasına töhfə

0
359
Texnologiya nəhəngi “Google” istifadəçilərinə təqdim etdiyi xidmətlərini daha da inkişaf etdirmək üçün imkanlarını səfərbər edib. Belə ki, şirkət infarkt, iflic və xərçəng kimi ölümcül xəstəlikləri vaxtında aşkar edən kapsul üzərində çalışır. 
Sözügedən layihənin rəhbəri Andreu Konradın verdiyi açıqlamada hazırladıqları kapsulun ölümcül xəstəliklər barədə əvvəlcədən xəbər verəcəyini bildirib. Belə ki, kapsulun içərisinə yerləşdirilən nano hissəcikləri qana qarışaraq insan bədənindəki xəstə hüceyrələri müəyyənləşdirə biləcək. Mütəxəssislər hesab edirlər ki, sözügedən layihənin baş tutması tibdə böyük nailiyyətlərin əldə olunmasına şərait yaradacaq. Layihə tədbiq olunmağa başladıqda xəstələr qollarına taxılan xüsusi sensor cihazlar vasitəsilə daima müşahidə olunacaqlar. Konrad sözügedən dərmanın nə vaxt satışa çıxarılacağı barədə məlumat verməsə də, “Google”un istifadə etdiyi nano hissəciklərinin insan orqanizminə heç bir zərərinin olmadığını vurğulayıb. Qeyd edək ki, bir müddət bundan əvvəl texnologiya nəhəngi səhiyyə sektoruna  250 milyon dollarlıq investisiya qoyub. Mütəxəssislər yaxın gələcəkdə bu məbləğin artacağını hesab edirlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here