“Zirə” “Qarabağ”dan bir xal qopardı

0
24

Noyabrın 10-da futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna yekun vurulub. Turun sonuncu görüşündə “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Zirə”ni qəbul edib.

Görüşdə hesabı “Qarabağ” 5-ci dəqiqədə Maqali Qeyenin sayəsində açsa da, fasilədən sonra – 69-cu dəqiqədə Riçard Qadze hesaba tarazlıq gətirib.

Qarşılaşma bu hesabla başa çatıb.

“Qarabağ” 11 turdan sonra 27 xalla çempionatın lideridir, “Zirə” isə 11 xalla 6-ci yerdə qərarlaşıb.

“Sabah” öz meydanında “Sumqayıt”ı qəbul edib. Hesabı meydan sahibləri açsa da, qonaqlar əzmkar qələbə qazanıb – 3:1

10 noyabr (bazar)


19:00. “Qarabağ” – “Zirə” – 1:1 
Qol:
 Maqaye Qeye, 5 (1:0), Riçard Qadze, 67 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu

16:30. “Sabah” – “Sumqayıt” – 1:3
Qol:
 Ulise Diallo, 32 (1:0), Peyman Babayi, 56 (1:1), Mehdi Şərifi, 76 (1:2), Əmir Ağayev, 90+5 (1:3)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov
“Bank Respublika Arena”


9 noyabr

“Keşlə” – “Neftçi” – 2:1 

“Qəbələ” – “Səbail” – 3:0

NKlublarOQHMT-FX
1Qarabağ1183020-327
2Keşlə1154213-619
3Neftçi1153316-1018
4Sumqayıt1142514-1614
5Səbail113268-1711
6Zirə1125411-1711
7Sabah1124511-1410
8Qəbələ112369-199

Bombardirlər:

Lorenzo Frutos (“Keşlə”) – 5 qol
Mehdi Şərifi (“Sumqayıt”) – 5 qol
İsmayıl İbrahimli (“Qarabağ”) – 4 qol
Maqaye Qeye (“Qarabağ” – 4 qo
Stiven Monroz (“Neftçi”) – 4 qol
David Volkov (“Qəbələ”) – 4 qol