“Qəbələ” “Səbail”ə qalib gəldi, “Neftçi” “Keşlə”yə uduzdu

0
33

Noyabrın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna start verilib.

Turun açılış matçında “Qəbələ” öz meydanında “Səbail” komandasını qəbul edib. Qəbələ şəhər stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0. İlk iki topu 22-ci və 45+2-ci dəqiqələrdə Davit Volkov vurub. Bununla da gürcüstanlı hücumçu qollarının sayını 4-ə çatdırıb. Oyunda son nöqtəni isə 90-ci dəqiqədə Ülvü İsgəndərov qoyub.

Matçın 80-ci dəqiqəsində “Səbail”in futbolçusu Əli Sadıxov qırmızı vərəqə ilə cəzalandırılıb.

Bu qələbəyə baxmayaraq, “Qəbələ” 9 xalla sonuncu pillədə qalıb. “Səbail” isə 11 xalla 4-cüdür.

Turun ilk oyun günün ikinci görüşü “ASCO Arena”da “Keşlə” və “Neftçi” komandaları arasında oynanılıb və.  “Neftçi” 1:2 hesabı ilə uduzub. Bu qələbə ilə “Keşlə” “Neftçi”ni geridə qoyaraq 2-ci pilləyə yüksəlib. Roberto Bordinin komandası isə 3-cü pilləyə düşüb.

Tura noyabrın 10-da “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Zirə” matçları ilə yekun vurulacaq.

9 noyabr

17:00. “Keşlə” – “Neftçi” – 2:1
Qol: 
Donald Gerye, 45+1 (0:1), Franko Flores, 63 (1:1), Meza Kolli, 82 (2:1)
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov
“ASCO Arena”

15:00. “Qəbələ” – “Səbail” – 3:0
Qollar: Davit Volkov, 22 , 45+2, Ülvi İsgəndərov, 90+2
Qırmızı vərəqə: Əli SadıqovA, 80 (“Səbail)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Qəbələ şəhər stadionu

10 noyabr (bazar)

16:30. “Sabah” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov
“Bank Respublika Arena”

19:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu

NKlublarOQHMT-FX
1Qarabağ1082019-226
2Keşlə1154213-619
3Neftçi1153316-1018
4Səbail113268-1711
5Sumqayıt1032511-1511
6Sabah1024410-1110
7Zirə1024410-1610
8Qəbələ112369-199