9 Noyabr – Dövlət Bayrağı Günü

0
58

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra həmin il iyunun 21-də hökumətin qərarı ilə üstündə ağ səkkizguşəli ulduz və aypara təsviri olan qırmızı qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilib. 1918-ci ilin noyabrın 9-da isə Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında yeni qərar qəbul edilib. Qərarda deyilir: “Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub.

 Prezident İlham Əliyev 2009-cu ildə imzaladığı sərəncama əsasən hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur.