Azərbaycan bayrağı: qürur mənbəyimiz

0
92

Mingəçevir Heydər Əliyev Mərkəzində  
Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər Təşkilatı Gənclər Birliyi 9 Noyabr – Bayraq Günü münasibətilə “Azərbaycan bayrağı hər birimizin qürur mənbəyimizdir” mövzusunda dəyirmi masa keçirib. Xalqımızın istiqlal mübarizəsinin və müstəqil dövlətçiliyimizin rəmzi olan Azərbaycan bayrağına həsr olunan bayram günü münasibətilə tədbirdə gənclər adından çıxış edən Bəxtiyar Mustafayev   dövlət müstəqilliyinin dəyərindən, müstəqil dövlətçilik atributlarının müqəddəsliyindən, üçrəngli bayrağımızın hər bir azərbaycanlı üçün qürur mənbəyi olmasından danışıb. Bildirilib ki, gənc nəslin Vətənimizə, dövlətimizə, milli-mənəvi dəyərlərimizə və tariximizə sədaqət, yüksək vətənpərvərlik ruhunda böyüməsi çox vacibdir.

Esmira Hidayətova, Mingəçevir