“Qarabağ” uduzdu

0
29

Dünən UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsi çərçivəsində APOEL – “Qarabağ” oyunu keçirilib. Qurban Qurbanovun komandası oyunun 10-cu dəqiqəsində hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Nikosiya təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bununla da APOEL xalını 4-ə çatdırıb və şəxsi göstəricidə “Qarabağ”ı üstələyərək 2-ci pilləni ələ keçirib.

Bu, “Qarabağ”ın APOEL-lə  mövsümdə 4-cü oyunudur. Əvvəlcə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə 2:1 hesabı ilə qalib gələn  Qurban Qurbanovun komandası doğma meydanda 0:2 uduzaraq, tunirlə vidalaşmışdı. Avroliqanın qrupunda Bakıdakı oyunda isə qalib müəyyənləşməyib – 2:2.

A qrupunun digər oyununda “Sevilya” (İspaniya) səfərdə “Düdelanj”la (Lüksemburq) 5:2 hesabı ilə qalib gəlib.


7 noyabr

Avropa Liqası

A qrupu
 
21:55. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) – 2:1 
Qol:
 Maksim Medvedev, 10 (0:1), Lukas Souza, 59 (1:1), İoannu, 88 (2:1)
Hakimlər: Manuel Şuttenqruber, Roland Brandner, Robert Steynaşer, Kristofer Yaqer (hamısı Avstriya).
Nikosiya. GSP stadionu

21:55. “Düdelanj” (Lüksemburq) – “Sevilya” (İspaniya) – 2:5 
Qollar:
 Dabbur, 18 (0:1), Əl Həddadi 27  (0:2), 33 (0:3), Dabbur, 36 (0:4), Əl Həddadi, 67 (0:5), Sinani, 69 (1:5), 80 (2:5)


1. Sevilya 4 4 0 0 12:2 12
2. APOEL 4 1 1 2 7:8 4
3. Qarabağ 4 1 1 2 7:8 4
4. Düdelanj 4 1 0 3 7:15 3