Liseydə Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbir keçirilib

0
137

Elm, təhsil, mədəniyyət, maarif ocaqlarında bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaratmış İmadəddin Nəsimi mütəfəkkirin adına layiq şəkildə yad olunur. Belə tədbirlərdən biri də Mingəçevir Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseydə keçirilib. Nəsiminin 650 illik yubleyi ilə əlaqədar təşkil olunan tədbirdə məktəbin direktoru Aidə İsmayılova  bildirib ki, bu gün də bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaratmış, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olan Azərbaycanın böyük şairi İmaməddin Nəsiminin 650 illik yubiliyini qeyd etmək üçün yığışmışıq: “Bunun üçün möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına kollektivimiz adından minnətdarlığımızı bildirirəm ki, dahi şairin yubileyinin yüksək səviyyədə qeyd edilməsi üçün sərəncam verib”.

Daha sonra səhnə şagirdlərin ixtiyarına verilib. Dahi mütəfəkkirin həyatına həsr edilmiş səhnə tədbir iştirakçılarında böyük məmnunluq yaradıb. Səhnədə bir daha Nəsiminin haqq dünyası açıqlanıb.

Nəsimi dövrünün əksər elmlərini çox gözəl bildiyi üçün onu sözün zirvəsinə ucaldan amillərdən biri də fəlsəfi, ictimai-siyasi fikirlərin yer almasıdır. Ona görə də Nəsimi bütün yaradıcılığı boyu insanlarda mənəvi-əxlaqi dəyərləri təbliğ edir və ruhunu tərbiyələndirməyə çalışırdı. Səhnədə də bu fikirlər bir daha şagirdlərə təlqin edilib. Həm şeirlərin və qəzəllərin ifa edilməsində, həm də səhnəcikdə Nəsimi obrazını yaradan şagird böyük ustalıqla obrazın öhbəsindən gəlməyi bacarıb.Tədbir boyu video carx vasitəsi ilə ədibin seirləri, qəzəlləri və filmlərindən parçalar nümayiş etdirilib.

Tədbirin sonunda Mingəçevir Təhsil şöbəsinin müdir müavini Zamiq Cəbiyev, yerli qəzetlərin redaktorları, şairlər çıxış edərək lisey rəhbərinə və tədbiri ərsəyə gətirən müəllimlərə və şagirdlərə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki,  əslində bu məzmunlu tədbirlər məktəblərdə mütəmadi olaraq həyata keçirilməlidir. Çünki belə tədbirlərin gənclərimizin vətənpərvər ruhda böyüməsi üçün çox böyük əhəmiyyəti var.

Esmira Hidayətova, Mingəçevir