X tura start verilib

0
94

Noyabrın 1-də Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.

Həftənin açılış oyununda ikinci sıradakı “Neftçi” lider “Qarabağ”ı qəbul edib. “Bakcell Arena”da baş tutan matçda hesab açılmayıb.

Bu nəticədən sonra xalını 26-ya çatdıran Ağdam təmsilçisi cari çempionatda məğlubiyyətsizlik seriyasını davam etdirib. Paytaxt komandası isə xalını 18-ə yüksəldib.

Qeyd edək ki, tur bu gün keçiriləcək “Səbail” – “Keşlə” görüşü ilə davam edəcək. Bazar günü isə “Zirə” – “Sumqayıt” və “Qəbələ” – “Sabah” duelləri olacaq.