Firuz Əsgərov: Özünüməşğulluq proqramı sayəsində ailəmizin sosial rifah halı yaxşılaşacaq

0
26

Özünüməşğulluq proqramından faydalanmaq üçün 2018-ci ildə müraciət etmişdim. Belə bir layihənin olması barədə məlumatı televiziya proqramında görmüşdüm. Bununla əlaqədar Xaçmaz Rayon Məşğulluq Mərkəzinə müraciət etdim, daha sonra təlimlərə cəlb olundum. Təlimi uğurla başa vurduqdan sonra mənə aktivlərin verilməsi barədə qərar qəbul olundu. Bu gündə 2 baş iribuynuzlu heyvanı mənə təqdim etdilər. Əminəm ki, özünüməşğulluq proqramı sayəsində ailəmizin sosial rifah halı yaxşılaşacaq.

Bu sözləri azərtac-ın bölgə müxbirinə müsahibəsində Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramı çərçivəsində aktivlərərlə təmin olunan Xaçmaz rayonunun Sabiroba kənd sakini Firuz Əsgərov deyib.

İkinci qrup əlilliyi olan F.Əsgərova mal-qara verilərkən onların sağlamlığına dair baytar arayışı da təqdim olunub.

“Mən əvvəllər də heyvandarlıqla məşğul olmuşam. Lakin sonralar mal-qara almaq imkanım olmayıb. İndi bu cins inəkləri sütlük istiqamətdə inkişaf etdirib gəlir qazanmaq istəyirəm. Şəxsi təsərrüfatımı qurmaq üçün mənə kömək olunmasına görə dövlətimizə və Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”, – deyə o bildirib.