Mingəçevirdə Yol polisi məktəblərdə tədbirlər keçirir

0
129

Mingəçevir şəhərində yerləşən  Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseydə yol hərəkəti qaydalarının məktəblilər arasında təbliğinin gücləndirilməsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

 Tədbirdə Mingəçevir şəhər Polis şöbəsinin Yol polisi bölməsinin əməkdaşları, liseyin şagirdləri və müəllimlər iştirak ediblər.

Çıxış edən Mingəçevir Polis Şöbəsinin Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov belə tədbirlərin keçirilməsində əsas məqsəd yol hərəkətində hərəkətin təhlükəsizliyinin təmin edilməsi, eləcə də təbliğat işlərini gücləndirməklə baş verən yol-nəqliyyat hadisələrinin qarşısını almaqdan ibarət olduğunu bildirib.

Xətai Məmmədov  qeyd edib ki, uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsi diqqət mərkəzindədir: ”Məhz bu məqsədlə yol polisi tərəfindən şəhər məktəblərində mütəmadi olaraq tədbirlər keçirilir”.

Sonda yol hərəkət qaydaları ilə bağlı şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib.

Esmira Hidayətova, Mingəçevir