Ailənin avtomobil sevgisi

0
297
Türkiyənin zəngin ailələrindən Kəskinoğlu ailəsi şəxsi fabriklərini sənaye bölgəsinə köçürərək, yerində klassik avtomobil kolleksiyası yaradıblar.
 Kolleksiyada Türkiyənin ikinci prezidenti İsmət İnönünün, mərhum baş nazir Adnan Menderesin və  Türkiyənin məşhur aktrisası Türkan Şorayın istifadə etdiyi avtomobillər də mövcuddur. Dünyanın fərqli ölkələrindən bir çox modelin bir yerə yığıldığı 200 ədəd avtomobildən ibarət kolleksiya Türkiyənin Mersin mahalında yerləşir. Traktor, velosiped, motosiklet, fayton və mikroavtobusun da olduğu kolleksiyanın sahibi olan Kəskinoğlu ailəsi bu sayı 500-ə qədər artırmağı hədəfləyir. Onların belə bir xobbilərinin olduğunu öyrənən insanlar özləri köhnə avtomobillərini kolleksiya üçün hədiyyə ediblər. Ailə başçısı Kəskin Kəskinoğlunun sözlərinə görə, kolleksiyanın əsasını onun ailəsinin istifadə etdiyi 100 avtomobil təşkil edir: “Hər biri təbii rəngində və orijinal hissələrə sahib minik avtomobillərinin hamısı Kəskinoğlu ailəsi tərəfindən istifadə edilib”.  Ailənin ən çox sevdiyi avtomobil isə Elvis Preslinin 1960-cı ilin modeli “Pink Cadillac”dır. Kolleksiya sahibi 2000-ci ildə İstanbulda oxuyarkən köhnə avtomobil satan salonda gördüyü 1955-ci il model “Dodge DESOTO” və 1956-cı il model “Chevrolet Belair” avtomobillərini gördükdən sonra sözügedən kolleksiyanı yığmağa başladığını deyib. K. Kəskinoğlu iki avtomobilin də maraqlı bir tarixçəsi olduğunu söyləyib: “Mən və atam bu avtomobillərin birini 10 min dollara, digərini 15 min dollara almışdıq. İstanbulda bərə ilə hərəkət edirdik. Bu zaman bir şəxs bizə yaxınlaşıb, bu avtomobillər satılırmı, deyə soruşdu. Mən də satılır, ancaq 100 min dollara deyə cavab verdim. Həmin şəxs “50 min dollar verə bilərəm, sat mənə”, dedi”.

K.Kəskinoğlunun sözlərinə görə, sözügedən kolleksiyada dünyada çox nadir tapılan avtomobillər də var: “Məsələn, kolleksiyada düymə ilə irəli və geri gedən “Chrysler” , yalnız min ədəd istehsal olunan  “Daft” markalı avtomobillərimiz var. Hollandiya istehsalı olan “Daft”  irəli də, geri də 100 kilometr sürətlə gedə bilir”. K. Kəskinoğlu kolleksiyadakı ən qədim avtomobilin 1920-ci il model “Ford” və ən “gənc” avtomobilin isə 1976-cı il model “Chevrolet” olduğunu deyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here