Türkiyə Cümhuriyyətinin 96-cı ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilib

0
29

Türkiyə Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü ölkənin bütün bölgələrində olduğu kimi, İstanbulda da müxtəlif tədbirlərlə qeyd olunub.

29 oktyabr – Cümhuriyyət Günü münasibətilə şəhərin müxtəlif rayonlarında tanınmış müğənnilərin konsert proqramları və yürüşlər təşkil edilib. Bu il ilk dəfə olaraq İstanbul adalarında da müxtəlif konsertlər keçirilib. Bayram münasibətilə İstanbul boğazı lazer işıqları ilə bəzədilib. Tarixi Qalata qülləsi isə Türk bayrağının rənglərinə bürünüb.

Türkiyənin Prezidenti Administrasiyası, Milli Müdafiə Nazirliyi və “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) tərəfindən əlamətdar gün münasibətilə videoçarx hazırlanıb.

İki gün davam edən bayram proqramlarında milyonlarla vətəndaş, o cümlədən turistlər iştirak ediblər.