İŞİD lideri Bağdadi öldürülüb

0
36

ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi barədə məlumatları təsdiqləyib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp Ağ evdə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, İŞİD lideri ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı məhv edilib.

Tramp qeyd edib ki, Bağdadi ilə yanaşı onun bir neçə silahdaşı da zərərsizləşdirilib.