Millimiz qrupu birinci pillədə başa vurdu

0
48

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas mərhələsi çərçivəsində oktyabrın 26-da sonuncu oyununa çıxıb. Bakı İdman Sarayında keçirilən görüşdə millimiz Slovakiya yığması ilə qarşılaşıb. Matçda millimiz 2:0 hesabı ilə qalib gəlib.

İdman Televiziyasında canlı yayımlanan matçın baş hakimi çexiyalı Ondrej Çernidir. Ona latviyalı İngus Puriņş və almaniyalı İnqo Heemsoth kömək ediblər.

Qeyd edək ki, millimiz Moldova yığmasını 3:1, Monteneqronu isə 3:2 hesabı ilə məğlub edib. Slovakiya komandası isə Monteneqroya 5:0, Moldovaya isə 7:4 hesabı ilə qalib gəlib. Qeyd edək ki, hər iki komanda dünya çempionatının elit raunduna vəsiqəni təmin edib.

26 oktyabr

Azərbaycan – Slovakiya 2:0
Qollar:
 Bolinya, 29:21. Vassura, 34:38.
Hakimlər: Andrey Çernı (Çexiya), İnqus Puriņş (Latviya), İnqo Hemsot (Almaniya)
Bakı İdman Sarayı

N. KOMANDALAROQHMT/FX
1 Azərbaycan33008:39
2 Slovakiya320112:66
3 Monteneqro31026:113
4 Moldova30038:140