Yaponiyanın yeni iqtisadiyyat, ticarət və sənaye naziri növbəti qalmaqalla qarşılaşıb

0
463
Yaponiyanın bu yaxınlarda təyin olunmuş iqtisadiyyat, ticarət və sənaye naziri Yeiçi Miyazava istefa ilə nəticələnə biləcək növbəti qalmaqalla qarşılaşıb. Y.Miyazavanın özünün etirafına görə, hakim Liberal Demokratik Partiyanın onun rəhbərlik etdiyi yerli şöbəsi səhmlərinin 50 faizdən çoxu əcnəbi vətəndaşa məxsus olan yapon şirkətindən siyasi ianə alıb. Bu, yapon qanunvericiliyinə əsasən qadağandır.
2011-ci ildə Yaponiyanın xarici işlər naziri xarici vətəndaşdan alınmış ianəyə görə parlamentdə aparılmış kəskin debatlardan sonra istefa verməli olmuşdu. Onu bu addımı atmağa həmin vaxt müxalifətdə olan Liberal Demokratik Partiyası məcbur etmişdi.

Nazir jurnalistlərə bildirib ki, onun əməkdaşları ianənin yapon şirkəti tərəfindən ödənildiyini güman ediblər. Lakin yoxlamadan sonra 400 min yen (3,7 min ABŞ dolları) məbləğində ianə bütünlüklə geri qaytarılıb.

Bu, vəzifəyə ötən həftənin çərşənbə axşamı təyin edilmiş yeni nazirin qarşılaşdığı yeganə qalmaqal deyil. Ötən həftə məlum olub ki, onu dəstəkləyən fondlardan birinin əməkdaşları sadomozaxist istiqamətli bara gediş təşkil ediblər. Y.Mizava bildirib ki, bu məsələyə onun heç bir aidiyyəti yoxdur və şəxsən özü heç zaman belə yerlərə getməyib.

Xəbər verdiyimiz kimi, oktyabrın 20-də siyasi fondlardakı vəsaitdən düzgün istifadə edilməməsi və seçiciləri ələ almaq cəhdləri ilə bağlı qalmaqala görə, yapon hökumətinin iki naziri – iqtisadiyyat, ticarət və sənaye naziri Yuko Obuçi və ədliyyə naziri Midori Matsuşima istefa veriblər. Bu, Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi Yaponiya hökumətinin imicinə ciddi zərbə vurub və onun reytinqini aşağı salıb.Yaponiyanın bu yaxınlarda təyin olunmuş iqtisadiyyat, ticarət və sənaye naziri Yeiçi Miyazava istefa ilə nəticələnə biləcək növbəti qalmaqalla qarşılaşıb. Y.Miyazavanın özünün etirafına görə, hakim Liberal Demokratik Partiyanın onun rəhbərlik etdiyi yerli şöbəsi səhmlərinin 50 faizdən çoxu əcnəbi vətəndaşa məxsus olan yapon şirkətindən siyasi ianə alıb. Bu, yapon qanunvericiliyinə əsasən qadağandır. 2011-ci ildə Yaponiyanın xarici işlər naziri xarici vətəndaşdan alınmış ianəyə görə parlamentdə aparılmış kəskin debatlardan sonra istefa verməli olmuşdu. Onu bu addımı atmağa həmin vaxt müxalifətdə olan Liberal Demokratik Partiyası məcbur etmişdi. Nazir jurnalistlərə bildirib ki, onun əməkdaşları ianənin yapon şirkəti tərəfindən ödənildiyini güman ediblər. Lakin yoxlamadan sonra 400 min yen (3,7 min ABŞ dolları) məbləğində ianə bütünlüklə geri qaytarılıb. Bu, vəzifəyə ötən həftənin çərşənbə axşamı təyin edilmiş yeni nazirin qarşılaşdığı yeganə qalmaqal deyil. Ötən həftə məlum olub ki, onu dəstəkləyən fondlardan birinin əməkdaşları sadomozaxist istiqamətli bara gediş təşkil ediblər. Y.Mizava bildirib ki, bu məsələyə onun heç bir aidiyyəti yoxdur və şəxsən özü heç zaman belə yerlərə getməyib.

Xəbər verdiyimiz kimi, oktyabrın 20-də siyasi fondlardakı vəsaitdən düzgün istifadə edilməməsi və seçiciləri ələ almaq cəhdləri ilə bağlı qalmaqala görə, yapon hökumətinin iki naziri – iqtisadiyyat, ticarət və sənaye naziri Yuko Obuçi və ədliyyə naziri Midori Matsuşima istefa veriblər. Bu, Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi Yaponiya hökumətinin imicinə ciddi zərbə vurub və onun reytinqini aşağı salıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here