Soğanı doğradığınız zaman… saqqız çeynəyin

0
29

Çində ingiliscə danışanların sayı Amerikadakılardan daha çoxdur.

İnsanların omba sümüyü betondan daha möhkəmdir.

Ağcaqanad əleyhinə spreylər əslində onların insanlara yaxınlaşmasını əngəlləmir. Sadəcə olaraq ağcaqanadların hissiyatını yox edir  və bir növ insanlardan gizlədir.

“Siam əkizləri” ifadəsinin yaranması tailandlı bitişik əkiz qardaşların (Çanq və Enq Bunker (1811-1874) doğum yeri ilə bağlıdır. Onlar 40 ilə yaxın bitişik yaşayıblar.

Qarışqalar yatmırlar.

Dünyadakı heyvanların 80%-i altı ayaqlıdır.

Xiyarın 96 %-i sudan ibarətdir.

Soğanı doğradığınız zaman gözünüzün yaşarmasını istəmirsinizsə, saqqız çeynəyin.

Dənizatı dünyanın ən sədaqətli canlısıdır,çünki “həyat yoldaşı” öldükdən sonra o da ölür.

Dünyada 4300-ə yaxın fərqli din var.

Açıq gözlərlə asqırmaq mümkün deyil.

Təxminən 10 000 il əvvəl yer kürəsində bütün insanların gözü qəhvəyi rəngdə olub. Zamanla mutasiya baş verib və Qara dəniz ətrafında yaşayan insanların içində mavi gözlü adamlar peyda olub.

Hollivudun məşhur aktyoru Conni Deppin sol gözü görmə qabiliyyətini itirib.

Ən bahalı qəpik 732-ci ilə aid qızıl pul olub,onun qiyməti təxminən 1,5 milyon funt civarında təşkil edib.

Sevgi haqqında ən qədim musiqi Tiqr və Efrat ərazisində 4000 il  əvvəl bəstələnib.

Bəzi insanlar heç sevgi hissini yaşamadıqlarını iddia edirlər,sadəcə onlar hipopituitarizm xəstəliyindən əziyyət çəkirlər və bu onlara sevgi hissini yaşamağa imkan vermir.

Ayın bütöv şəkildə görünmədiyi yeganə tarix 1865-ci ilin fevral ayıdır.

Bir saniyə ərzində insanın beynində 100 min kimyəvi reaksiya baş verir.

Otuz yaşdan başlayaraq insanın beyin ölçüləri azalır.Kişilərin beyninin çəkisi 20-29 yaşlarında, qadınlarda isə 15-19 yaşlarında maksimum  ağırlıqda olur.

Yuxuya getmək uçün normal insana 7 dəqiqə lazımdır.

Merlin Monronun altı ayaq barmağı var idi.

Səudiyyə Ərəbistanında bir qadın ərinə qəhvə verməsə onlar boşana bilər.

Səhərlər alma yesəniz yuxunuz daha tez açılar.

Ketçup 1830-cu illərdə dərman olaraq satılırdı.

Vinsent Van Qoq bütün həyatı boyu yalnız bir əsərini satıb. “İki sahil”