Beş yaşında eşqə düşdü, ərli qadınla evləndi, dostunu dəfninə buraxmadılar…

0
37

Bu gün Azərbaycan ifaçılıq sənətinin ən məşhur ulduzu Müslüm Maqomayevin anım günüdür. alpaninfo.com kulis.az-a istinadən əfsanəvi müğənni haqda maraqlı faktları təqdim edir.

İkinci Dünya Müharibəsinin bitməsinə üç gün qalmış Müslüm atasını itirir. Ata oğluna göndərdiyi son məktubunda yazırdı: “Bu gün mənim oğlumun ad günüdür. Ona nə arzulaya bilərəm. Əlbəttə xoşbəxt və sevincli günlər diləyirəm. Qoy bilsin k, atası onu sevir və son nəfəsinədək sevəcək”.

***

Müslüm atasız keçən uşaqlığını xatırlayanda deyirdi:

“Müharibə illərindən sonra anamın həyatı çətinləşdi və o, yenidən ailə qurdu. Mən onu heç nədə günahlandıra bilmərəm”. Xatırladaq ki, onun anası aktrisa Ayşət Maqomayeva Əhmədovadır.

Ayşət Maqomayeva.jpg

***

Riyaziyyat fənninə görə sinifdə qalmışdı. Cəbr, həndəsə dərslərində çox zəif idi.

***

Müslüm Bakı Musiqi məktəbində təhsil alarkən Ofeliya adlı qızı sevir və onunla evlənmək istəyir. Lakin nənəsi bu evliliyə qarşı çıxır və Müslümün pasportunu gizlədir.

Müğənni başa düşür ki, pasportunu nənəsi gizləyib. Sonradan pasportu tapan Müslüm sevdiyi qızla evlənir.

Певец Муслим Магомаев

***

Ailə qurduqdan sonra xanımı həmişə Müslümün evdə olmasını istəyərdi. Həmçinin qohumların da ona qarşı təzyiqi olurdu. Qastrollar başlamışdı. Gənc sənətçi müxtəlif şəhərlərə gedir və o günləri belə xatırlayırdı: “Mənə ansamblda o zaman üçün yaxşı pul ödənilirdi. Qastrolların çoxluğu məni ev qayğılarından uzaqlaşdırmışdı. Səfərlərdən evə qayıtmaq istəmirdim, xarakterim əxlaqlı evdar kişi rolunu oynamağa imkan vermirdi”.

***

Dostlarının dəvətilə ulu babası Maqometin vətəninə yollanan gənc ailə Qroznıda çətin günlər yaşayır. Qroznı filarmoniyasının direktoru ilə işləri alınmayan Müslüm xanımı ilə birgə Bakıya qayıdır.

Муслим Магомаев с дочерью и внуком

***

Bir gün Ofeliya ilə ayrılıq vaxtı yetişir. Bir qızları dünyaya gəlsə də. Sonda isə onlar ayrılır.

***

Qızına Marina adını qoymuşdu. Bu adı təsadüfən seçməmişdi. Müslüm özü etiraf edirdi ki, ilk sevgisi beş yaşında bağça yoldaşı Marina olub. Hətta sonralar yazdığı “Marina Marina” mahnısını məhz uşaqlıq illərindən yalnız gözəl xatirələri qalan o qıza həsr edib. 1970-ci illərdə bu kompozisiya hitə çevrilibmiş.

***

Bir dəfə Müslüm SSRİ Xalq artisti Edita Pyexaya eşq elan edir. Xanım müğənni isə cavabında gülür: “Axı mən evliyəm. Həm də mən səndən çox böyüyəm. Bəlkə gedib evlilik üçün yoldaşımdan icazə alasan?”

Image result for Магомаев, Муслим

***

Müslüm Editdən sonra da evli qadına vurulur. Bu qadın opera müğənnisi Tamara Sinyavskaya idi. Sənətkar inanırdı ki, bu sevgi ona uğur gətirəcək. Sona qədər Tamaranın sevgisini qazanmaq üçün çalışır və istəyinə çatır. Tamara ərindən boşanır və Müslümlə evlənir.

***

Müslümün toyunu Heydər Əliyev edir. Tamara xanım sonralar bu haqda belə danışırdı: “Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi. Azərbaycanlılar üçün bu, onların fəxrli oğullarının toyu idi. Əlbəttə, hamı mənə sınayıcı nəzərlərlə baxırdı. Mən də özümü ədəbli aparırdım, buna görə də tənbeh olunmadım və əvəzində “gəlin” adına layiq görüldüm. Müslüm mənə deyirdi: “Tamara, sən bütün Azərbaycanın gəlinisən”.

Related image

***

Xruşov Müslümün çox populyar olan “Dünyanın ən gözəl şəhəri” mahnısı ilə SSRİ-də tvist janrına qadağa qoyub. Həmin mahnı da tvist stilində bəstələnib. Xruşşov bunu eşidəndə mahnıya qadağa qoyur. Xruşşovun Kremlin məşhur çevriliş planı nəticəsində devrilməsinin səhəri günü radionun musiqi verilişləri redaksiyasının redaktoru efir rejissoruna deyir:

– Maqomayev Xruşşovu devirdi. Mahnını efirə buraxın…

***

Azərbaycan dilini yaxşı bilməyə-bilməyə “Azərbaycan” haqqında ən gözəl mahnını oxudu.

***

Ovaxtkı mədəniyyət naziri, vaxtı ilə yaxın dostu olan Polad Bülbüloğlu ilə aralarındakı konflikt hər kəsə məlum idi. Qısqanclıqdan yaranan bu çəkişmə ədavətə çevrilmişdi. O qədər ki, həyat yoldaşı Tamara xanım keçmiş naziri Müslümün dəfnində iştirak etməyə qoymadı.

Image result for Магомаев, Муслим

***

Kinorejissor Eldar Qliyevlə dostluğu da maraqlı bir cizgi ilə yadda qalıb. Müslim onun ad günündə dünyanın harasında olur-olsun Bakıya gəlirmiş.

***

Maqomayev yalnız 41 yaşında ev aldı. Buna qədər o, arvadı ilə “Rusiya” mehmanxanasının lüks nömrəsində yaşayırdı. Ailə mübahisələrindən birində Tamara başqa nömrəyə köçür. Maqomayev isə pəncərəyə dırmaşıb hündürlükdən Tamaranın pəncərəsinə yaxınlaşıb deyir: “Ku-ku!” Tamara xanım qorxudan az qala özündən gedir. Konflikt həmən unudulur.

***

66 yaşlı əfsanəvi Maqomayev 2008-ci ilin bu günündə, 25 oktyabrda, ürək tutmasından vəfat edir. O, Bakıda I Fəxri Xiyabanda dəfn edilib. “Azərbaycan” mahnısının sədaları altında keçirilən vida mərasimində pərəstişkarları Filarmoniyadan İstiqlaliyyət küçəsi boyunca çiçək dənizi yaratmışdılar.

Image result for eldar quliyev muslum