“Qəbələ” “Qarabağ”ı dayandırdı…

0
45

Oktyabrın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasının səkkizinci turunun ikinci görüşündə “Keşlə” doğma meydanda “Sabah”ı qəbul edib. “Şəfa” stadionunda keçirilən oyuna meydan sahibləri daha fəal başlayıblar. Görüşün 16-cı dəqiqəsində “Keşlə”nin yarımmüdafiəçisi Vüsal İsgəndərli hesabı açıb. “Sabah” futbolçuları isə oyunun sonunda hesaba tarazlıq gətiriblər. Hendrik Ekşteyn vurduğu qolla komandasına bir xalı qazandırıb. Matçın 94-cü dəqiqəsində hakim “Sabah”ın futbolçusu Filip İvanoviçə qırmızı vərəqə göstərib.

Günün birinci oyununda isə lider  “Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu, Ağdam klubunun 2019/2020 mövsümündə ölkə çempionatında ilk xal itkisi olub. Qurban Qurbanovun komandası bundan əvvəlki 7 oyunun hamısında qələbə qazanmışdı.

Bu gün keçiriləcək “Neftçi”–”Zirə” oyunu saat 17:00-da başlayacaq. Tura “Səbail”-“Sumqayıt” qarşılaşması ilə yekun vurulacaq. Matç saat 19:30-da start götürəcək.

Yeddi turdan sonra turnir cədvəlinə 21 xalla “Qarabağ” klubu başçılıq edir. Hesabında 12 xal olan “Keşlə” ikinci, 11 xal olan “Neftçi” isə üçüncü pillədə qərarlaşıb. Sonrakı yerləri müvafiq olaraq “Səbail” (10), “Zirə” (8), “Sumqayıt” (7), “Qəbələ” (6) və “Sabah” (6) tuturlar.

“Keşlə” – “Sabah” – 1:1
Qollar: 
Vüsal İsgəndərli, 16 (1:0), Hendrik Ekşteyn, 90+2 (1:1)
Qırmızı vərəqə: Filip İvanoviç, 90+3-ikinci sarı vərəqə (“Sabah”)
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı.
“ASCO Arena”

 
“Qəbələ” – “Qarabağ” – 1:1
Qollar: 
Qismət Alıyev, 3 (1:0), İsmayıl İbrahimli, 9 (1:1)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu
 

20 oktyabr (bazar)


17:00. “Neftçi” – “Zirə”
“Bakcell Arena”

19:30. “Səbail” – “Sumqayıt”
“ASCO Arena”