“Müstəqilliyimiz əbədidir, dönməzdir”

0
140

 Mingəçevir R.Mirabov adına 7 saylı tam orta məktəbdə  18 oktyabr Müstəqillik gününün 28-ci ildönümü münasibətilə sinif rəhbəri L.Hüseynovanın rəhbərliyi ilə 5b sinfi “Müstəqilliyimiz əbədidir, dönməzdir”adlı tədbir keçirilib. Tədbirdə məktəbin direktoru A. İsmayılov müəllim-şagird kollektivini təbrik edərək Azərbaycanın, suverenliyinin  əbədi olduğunu vurğulayıb. Bildirib ki, azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir: ”Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur”.

Daha sonra məkəbin şagirdləri hazırladıqları tədbirləri nümayiş etdiriblər. Tədbirdə məktəbin şagird və müəllim kollektivi iştirak edib.

Esmira Hidayətova, Mingəçevir