18 oktyabr: Tariximizin şanlı səhifəsi

0
104

 

YAP Mingəçevir şəhər təşkilatının və Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə Mingəçevir Şəhər  Heydər Əliyev Mərkəzində ”Dövlət müstəqilliyimizin bərpasının 28 ili: Uğurlar, perspekivlər” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfrans iştrakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.

Konfransda əvvəlcə ümummilli lider Heydər Əliyevin  həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Tədbiri  giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı  İlham İsmayılov Azərbaycanın müstəqillik qazanmasında, inkişaf etməsində ulu öndər Heydər Əliyevin əvəzsiz rolundan danışıb. İ.İsmayılov bildirib ki, Azərbaycan dövlətinin həqiqi müstəqilliyinin, bugünki uğurlarının təməlində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır: “1990-cı illərin əvvəlində ölkəni bürüyən siyasi böhranı, anarxiyanı,  xaosu, hərc-mərcliyi hər kəs xatırlayır. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə ictimai-siyasi sabitlik, milli-vətəndaş birliyi yarandı və cəmiyyət həyatının bütün sahələrində tərəqqi başladı. Ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Konfransda daha sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov  “18 oktyabr 1991-ci il Azərbaycan dövlət müstəqilliyinin bərpası tariximizin şanlı səhifəsidir”,  MDU humanitar fənlər kafedrasının tarix müəllimi Vüsalə Mövlayeva  “Ulu öndər Heydər Əliyev Azərbaycan dövlət  müstəqilliyini əbədi edən tarixi şəxsiyyətdir”, Mingəçevir Turizm Kollecinin müəllimi Aybəniz Əliyeva ”Ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyası müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət edən yoldur”, Gənclər və İdman idarəsinin rəisi, YAP şəhər Təşkilatının şura üzvü Kamal Nəcəfli ”Müasir Azərbaycanın uğurları ölkə Prezidenti cənab İlham Əliyevin düzgün və səmərəli rəhbərlik strategiyasının nəticəsidir”   mövzularında məruzələrlə çıxış ediblər.

Esmira Hidayətova, Mingəçevir