Mingəçevirdə daha bir nümunəvi məhəllə yaradılır

0
93

Mingəçevirdə nümunəvi məhəllələr sırasına daha bir məhəllə – A.Qurbani küçəsi də daxil olunub. A.Qurbani dairəsində 1 hektara yaxın ərazi   təmizlənib, hamarlanıb. Burada ağaclar budanıb, asfalt örtüyü salınıb, uşaq əyləncə qurğuları  və skamyalar quraşdırılıb. Əraziyə bu gün 57 meşə ağacı da əkilib. Hazırda ərazidə digər işlər davam etdirilir. Bu da şəhərin daha da abadlaşması, yaşıllıqlar diyarına çevrilməsinə də bir vəsilədir.

Qeyd edək ki, bu kimi genişmiqyaslı abadlıq işləri sakinlərin həyat şəraitinin daha da yüksəldilməsinə xidmət edir.  Digər məhəllələrin də yaşıllaşdırılması istiqamətində tədbirlərin görülməsi gündəmdədir.

Esmira Hidayətova, Mingəçevir