Səyyar-görüşlər əhalini narahat edən məsələlərin operativ həllinə xidmət edir

0
163

Mingəçevir şəhər   İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun   yerlərdə keçirdiyi səyyar-görüşlər əhalini narahat edən məsələlərin operativ həlli üçün əhəmiyyətli olduğundan sakinlər tərəfindən razılıqla qarşılanır. Növbəti belə səyyar görüş   şəhərin 3 saylı məktəbinin akt zalında keçirilib. Görüşdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov da iştirak edib.

Səyyar görüşü şəhər  İcra Hakimiyyətinin başçısı  İlham İsmayılov  açaraq qeyd etmişdir ki, Prezident İlham Əliyev bu ilin əvvəlindən ölkədə böyük sosial paketin icrasına başlandığını elan etmişdi. Sosial paketin tərkib hissəsi olaraq minimum əmək haqqı, pensiyalar, əlillərə verilən təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb.

 Prezident İlham Əliyev ölkə əhalisinin rifah halının gücləndirilməsi istiqamətində yeni-yeni sərəncamlar imzalayır. Bütün bunlar son illər ərzində cənab Prezident tərəfindən aparılan düşünülmüş  siyasətin nəticəsidir və bu, ölkə rəhbərliyinin yürütdüyü sosial siyasətin əhalinin bütün təbəqələrinin mənafeyinə xidmət etdiyini göstərir.
Sonra  başçı  şəhərin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərdən danışmış, sakinləri onları maraqlandıran məsələlərlə bağlı fəal olmağa çağırmışdır.


Mingəçevir şəhər sakinləri son vaxtlar  şəhərdə  icra olunan layihələrdən razılıqlarını və buna görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək şəhərin sosial-iqtisadi inkişafı və şəxsi problemləri ilə bağlı bir sıra məsələləri dilə gətirmişlər.
Sakinlər əsasən  mənzillərin istilik sistemlərinin bərpası, binaların nasaz su-kanalizasiya xətlərinin yenilənməsi, küçələrin işıqlanması, tüstü bacalarının təmizlənməsi, yeni iş yerlərinin açılması problemləri barədə təklif və tənqidi qeydlərlə çıxış etmişlər.

Vətəndaşlar tərəfindən qaldırılan hər bir məsələyə münasibət bildirilmiş, qanunauyğun izahatlar verilmiş,  həlli istiqamətində tədbirlərin  görülməsi aidiyyatı qurumlara tapşırılmış və şəhər ərazisində abadlıq-quruculuq işlərinin bundan sonra da  davam etdiriləcəyini vurğulanışdır.

Esmira Hidayətova, Mingəçevir