Peşəkarlığı insan öz zəhməti ilə qazanır

0
271

Hər bir insan öz sənətinin peşəkarıdır. İstedadı insana Tanrı verir, peşəkarlığı isə öz zəhməti ilə qazanır. Öz sahəsində çalışan hər bir sənətkar cəhd edir ki, onun yaratdığı, ərsəyə gətirdiyi iş cəmiyyətdə seçilsin, tanınsın. Qeyd edək ki, hər hansı bir peşə müəyyən qabiliyyət tələb edir. Öz peşəsinin vurğunu olan iki xanımdan söhbət açmaq istəyirik.

Hər qadının arzusudur gözəl görünsün. Təbii ki, gözəl görünmək üçün hər bir qadın müxtəlif gözəllik salonlarına üz tutur. Yeri gəlmişkən qeyd edək ki, bəzən qadınlarımız  gözəllik üçün sağlamlıqlarını da qurban verməyə hazır olurlar. Amma gözəllik üçün sağlamlığı qurban vermək heç də vacib deyil. Çünki yaradan insanı hansı görkəmdə məsləhət bilibsə, o cür də yaradıb.

Həmsöhbətimiz  vizajist stilist, Gülər Abdullayeva isə deyir ki, hər bir xanım baxımlı olmalıdır. Ona görə də heç olmasa, ayda iki dəfə qadınlarımız  gözəllik salonlarından istifadə edərək öz görünüşlərinə əl gəzdirməlidilər.

Gülər Abdullayeva 20 ilə yaxındır ki, Mingəçevirdə qadın gözəllik salonunda çalışır. İşlədiyi salon həmişə müştərilərlə dolu olur.

-Bəzən qadınlar görünüşləri ilə bağlı etdikləri dəyişiklərdə istədikləri nəticəni ala bilmirlər. Bəs bu zaman siz onlara hansı məsləhətləri verirsiz?

-Biz müştərinin istədiyi saç düzümünü, üz makiyajını əvvəlcə ondan soruşuruq. Eyni zamanda müştərinin saç düzümünə, üz qurüluşuna diqqət yetiririk. Əlbəttə, müştəri çox şey deyə bilər. Amma bir usta kimi biz də müştəriyə öz tövsiyələrimizi veririk. Bəzən müştəri bizimlə razılaşır, bəzən də razılaşmır.

– Yəqin ki, bir usta kimi həm də üzərinizdə mütəmadi işləyirsiniz. Yəni peşəkarlığınızı artırmaq məqsədilə hər bir yenilikdən xəbər tutmağa çalışırsınız?

– İşlədiyim müddətdə çalışmışam ki, hər bir yeniliyi öyrənim. Ona görə də mütəmadi olaraq seminarlarda da iştirak edirəm. Ümumiyyətlə, mən nizam-intizamı sevən və ən ümdəsi öz işimə məsuliyyətlə yanaşmağı sevirəm. Hər bir müştərini gülər üzlə qarşılayıb, onu gülərüzlə yola salmağa çalışıram. Onu da deyim ki, mən burada Ramilə xanımla birgə çalışıram. Salonumuzun adı da övladlarımızın baş hərflərindən götürülüb. Özü də biz burada bir ailə kimiyik.  Bir ailə kimi bir-birimizə köməyimiz də dəyir. Onun işi çox olanda mən, mənim işim çox olanda isə o, mənə kömək edir. Gördüyümüz əl işlərimizdən də zövq alırıq.

-Qadın salonları çoxdur.  Sizi başqa gözəllik salonlarından fəqqləndirən daha hansı üstünlüklər var?
– Mən çox çalışıram ki, bizim salondakı rahatlıq digər salonlardakından daha yüksək komfortluğuna görə fərqlənir. Bir də…salonumuz digərləridən peşəkarlığına görə seçilir. Belə olan təqdirdə bir dəfə bur gələn müştəri ikinci dəfə yenidən salona gəlir. Bu, doğrudan da qürurverici haldır.

Vizajist stilist, Yunusova Ramilə xanıma da bir neçə sualla müraciət etdik.

-Çalışırıq ki, xanımları öz işimizlə razı salaq. Biz müştərinin öz istəyinə daha çox üstünlük veririk.

– Bu sənəti öyrənmək istəyən xanımlar çoxdur?

– Çoxdur. Kifayət qədər şəyirdlərimiz olub. Onların hər biri hazırda digər salonlarda çalışır.

-Bəs siz bu sənətə necə gəldiniz?

– Hər bir insan özünü bir sahədə tapır. Uşaqlıqdan həmişə gəlinciklərimi bəzəyərdim. İnsan dünyaya necə gəldiyini bilmədiyi kimi, sənətə də necə gəldiyini bilmir, sadəcə, bir müddət keçəndən sonra özünü həmin sənətdə tapır. Mən də özümü bu sənətdə tapdım. İşimlə fəxr edirəm. Düzdür, işimiz yorucudur. Amma müştəri məmuniyyəti o yorğunluğu bizdən alır.

-Bəs qiymətlər barədə nələr deyə bilərsiniz?

-Keyfiyyətli xidmət və sərfəli qiymət arzusunda olan xanımlar yolunu bizim salondan salırlar. Gedəcəyi hər məkanda gözəlliyi ilə seçilmək istəyən xanımlar bizim “FT” salonumuzu seçir. Öz bacarığımızla   xanımlara göz qamaşdıran gözəllik bəxş edirik, son dəbə uyğun saç düzümləri və makiyaj  edirik.

Esmira Hidayətova, Mingəçevir.